Binəqədidə beşmərtəbəli yaşayış binasında yanğın –17 nəfər təxliyyə olunub
10-07-2018 11:31
Baxış sayı:
4765

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.
Muxalifət.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub: “Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb”.