"Bir gün mən də Türk olacağam” deyirdi: BİR KATOLİKİN HƏYAT HEKAYƏSİ

Baxış sayı:
3991

Belçikada İslamı seçən və "Bir gün mən də Türk olacağam inşallah" şeiri ilə Belçika Türk Dərnəklər Birliyinin ədəbiyyat və şeir müsabiqəsində həvəsləndirici mükafata layiq görülən Pamela Pirney, Türk vətəndaşı olub.
 
Belçikanın Fransızca danışan Valon bölgəsində qatı dindar bir Katolik ailədə dünyaya gələn və hazırda Genk şəhərində yaşayan 37 yaşındakı Pirney, Türkiyə sevgisinə dair hekayəsini anladıb. Çox inanclı bir Katolik olaraq 13 yaşına qədər kilsəyə getdiyini deyən Pirney, 13-18 yaşları arasında dini ritualları tərk etdiyini bildirib.
Pirney, o zaman ABŞ-da 11 sentyabr hücumlarının baş verdiyini xatırladaraq, "Mən də ilk dəfə Müsəlman sözünü eşitmiş oldum. 11 sentyabr, əslində insanlarda ilk başda Müsəlmanlar haqqında pis bir hiss yaratdı. Ancaq araşdıranda İslamiyyətə doğru bir artım olduğunu gördüm", deyə, söyləyib. 2001-də həyat yoldaşı Adəm İşıq ilə tanış olmazdan əvvəl İslamı araşdırmağa başladığını bildirən Pirney, belə davam edib:
 
"MÜSƏLMAN OLMADAN ORUC TUTDUM”
 
"Katoliklərdə teslis-üçlük inancı mövcuddur, Müsəlmanlıqda isə tövhid inancı var. Ən çox diqqətimi çəkən bu oldu. Həyat yoldaşımla tanış olmağımız Ramazan ayı ərəfəsinə təsadüf etdi. Orucla maraqlanırdım. Oruca dair ən çox xoşuma gələn şey, yoxsulların da halını başa düşməyimizə vəsilə olması idi. Mən də beləcə Müsəlman olmadan oruc tutmağa başladım. Daha sonra bir Quran əldə etdim. Oxuduqca içimdə maraq hissi qabardı və İslamiyyətə dair yeni kitablar oxudum. Bu arada ailəm İslama marağımın bir həvəs olduğunu düşünürdü. Namaz və oruca başlamağıma qarşı çıxmağa başladılar. İki qardaşım var. Bacımın təpkisi də anam kimiydi. Örtündüyüm təqdirdə anam mənimlə ünsiyyəti kəsəcəyini bildirmişdi. Adəmlə evləndikdən sonra Müsəlmanlığı seçdim və adımı dəyişdirib, Əminə qoydum. Belçikada ailəylə münasibətiniz 18 yaşına qədərdir. Türk ailə ənənəsində isə ata-anaya sahib çıxmaq və ünsiyyəti davam etdirmək çox əhəmiyyətlidir. İndi həyatda olan nənəmlə ən çox mən məşğul oluram".
 
"ABDULHƏMİD XAN MƏNDƏ BÖYÜK İZ BURAXDI”
 
"Osmanlı tarixinə dair kitablar oxudum. Xüsusilə Abdulhəmid xanın həyatı məndə iz buraxdı. Bundan başqa, Mehmet Akif Ersoyu oxumağı çox sevirəm. 15 iyulda Türkiyədə çevriliş zamanı insanların qorxusuz küçələrə tökülməsi də məni çox təsirləndirib. Türklərdə qonaqpərvərlik, mərhəmət və hörmət ən çox diqqətimi çəkən dəyərlər oldu. İslam ilə tanış olduqdan sonra qul haqqı və əxlaq anlayışı məndə daha da dərinləşdi. İslamı araşdıranda mənasının "sülh” olduğunu öyrəndim. Terrorizmi heç bir şəkildə qəbul etməyən İslamiyyətə görə, "Bir insanı öldürən bütün insanları öldürmüş kimidir. İnsanlar İslamı mediadan deyil, özləri araşdırıb, öyrənərsə, İslamın sülh və mərhəmət dini olduğunu görəcəklər".
 
ŞEİR YAZDI, XƏYALI GERÇƏK OLDU
 
Belçika Türk Dərnəklər Birliyinin ədəbiyyat və şeir müsabiqəsində "Bir gün mən də Türk olacağam inşallah” şeiri ilə həvəsləndirici mükafat aldığını xatırladan Pirney, bunları söyləyib: "Bir gün Türkcə şeir yarışması elanını gördüm. Məndə də özümü sınamaq istəyi yarandı. Mənim həyat hekayəmi izah edən bir şer olmasını istədim. Həyat yoldaşıma də demədim yazacağımı. Həvəsləndirici mükafatını alanda mən də təəccübləndim. Türk olmağı həmişə istəyirdim. Keçən il işlərimi başladım. İki həftə əvvəl də Türkiyə vətəndaşlığımı aldım və çox sevindim. Prezident Rəcəb Tayyib Ərdoğana böyük heyranlıq duyuram. Mənim üçün dünya lideri Rəcəb Tayyib Ərdoğandır. Onu çox sevirəm. Tarix kitabları oxuduğum üçün etdikləri və qarşısındakı oyunlar görə, onu Abdulhəmid xana bənzədirəm. Allah ona uzun ömür versin. Başımızdan əskik etməsin".
9 yaşlı oğlu Ensar Məhəmməd və 6 yaşlı qızı Rumeysanın tərbiyəsi ilə yaxından məşğul olan Pirney, Ensara kiçikliyindən bəri Allah inancını aşılamağa çalışdıqlarını qeyd edərək, "Özü də çox çalışqandır. 3 yaşında duaların çoxunu əzbərləmişdi. Hər gün bir səhifə Quran oxuyur. İslami şəxsiyyətlərin əsərlərini oxumağa çox həvəslidir" deyə, bildirib.
Müxalifət.az