Birləşmiş Ərəb Əmirinin oğlu Qatara sığındı

Baxış sayı:
3799

Birləşmiş Ərəb Əmirliklərindəki 7 əmirlikdən biri olan Fuceyre Əmirinin oğlu Raşid bin Həməd eş-Şarki öldürülmə qorxusuyla Qətərə sığınıb. Kral ailəsinə müqavimət göstərən və tənqid edən eş-Şarki hadisəsi 47 illik ölkə tarixində bir ilkdir.
 
Qətərli nümayəndələrə həyatının təhlükədə olduğunu bildirən 31 yaşlı Raşid bin Həməd eş-Şarkinin son dövrdə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayid Al Nahyanı sərt dillə tənqid etdiyi bildirilir.
Vaşinqtondakı BƏƏ səfirliyinin təmsilçiləri bu hadisəyə münasibət bildirməyi rədd ediblər. Qətərli rəsmilər isə eş-Şarkinin Dohaya sığındığını təsdiqləyib.
 
BƏƏ 7 ƏMİRLİKDƏN YARADILIB
 
Qeyd edək ki, BƏƏ, İngilislərin 1971-ci ildə Bəsrədən çəkilməsindən sonra yeddi əmirliyin bir araya gəlməsi ilə qurulmuşdu. Hər bir əmirlik öz əmirləri tərəfindən idarə olunur. Dövlət rəhbərliyi, eyni zamanda Abu Dabi Əmiri olan Şeyx Xəlifə bin Zayid əl Əl-Nəhyan və ailəsinin əlində cəmləşir.
Müxalifət.az