Britaniya hökumətində “qiyam”: MEY TƏHDİD EDİLİR

Baxış sayı:
8095

Britaniya Müdafiə naziri Gevin Uilyamson parlamentariləri Baş nazir Tereza Meyə qarşı “qiyama” qaldırır.

Bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. Qəzet Uilyamsonun xüsusilə Konservativ Partiyanın üzvləri ilə çalışdığını bildirib. Belə ki, bu partiyanın üzvləri Meydən müdafiə xərclərini artırmasını, əks təqdirdə hökumətin təqdim etdiyi büdcənin xeyrinə parlamentdə səs verməyəcəklərini deyiblər:

“Bu “qiyam”ın arxasında Uilyamson dayanır. Məhz o, bir neçə dəfə müdafiə xərclərinin artırılması tələbləriylə çıxış edib. Parlamentdəki bəzi mənbələr də Uilyamsonun Meyin istefasını istədiyini bildirib”./axar/