Brüsseldə Qarabağ danışıqları: Həll müzakirəsi...
11-07-2018 20:03
Baxış sayı:
4549

Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi Tvitter səhifəsində yazıb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.