Bərzani bu gün Türkiyəyə gəlir

Baxış sayı:
4810

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzaninin, Türkiyənin Prezident Kompleksində keçiriləcək yeni Prezidentlik Sisteminə keçid mərasimində iştirak etmək üçün Ankaraya gələcəyi bildirilib.
 
İKBY-yə yaxınlığı ilə tanınan “Rudaw” televiziyasının xəbərinə görə, baş nazir Neçirvan Bərzaninin bu gün Ankaraya səfər edəcəyi və Prezident Kompleksində saat 17.00-da keçiriləcək yeni Prezidentlik Sisteminə keçid mərasiminə qatılacağı bildirilib. Xəbərdə, Bərzaninin prezidenti Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcəyi qeyd edilib.
Müxalifət.az