BƏRZANİDƏN PKK ETİRAFI: TÜRKİYƏYƏ HÜCUM ETMƏK ÜÇÜN..

Baxış sayı:
6976

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani, terror təşkilatı PKK-nın IKBY-dən işğal etdiyi əraziləri Türkiyəyə hücum etmək üçün bir baza olaraq istifadə etdiyini bildirib.
 
Bərzani bunları söyləyib: “Əməliyyatların IKBY sərhədləri içərisində meydana gəldiyinin səbəblərinin çox yaxşı bilinməsi lazımdır. Hər kəsin bilməsi gərəkən səbəb budur: PKK, işğal etdiyi bir çox IKBY torpağını, Türkiyəyə hücum etmək üçün bir baza kimi istifadə edir. Türkiyəyə hücum edib, sonra həmin bölgələrə geri çəkilir. Torpaqlarımızın Türkiyə və İrana hücum etmək üçün istifadə edilməsini əsla qəbul etmirik. İrana müxalif qruplardan və PKK-dan dəfələrlə IKBY-nin torpaqlarından hücum təşkil etməməsini istəmişik. Aparılan əməliyyatlar tək tərəfli deyil və xalqın bunu bilməsi lazımdır".
Müxalifət.az