​Bu ölkədə Trampa qarşı etirazlar başladı - Foto

Baxış sayı:
4291

Belçikanın paytaxtı Brüsseldə minlərlə insan NATO zirvəsi öncəsi ABŞ Prezidenti Donald Trampa etiraz edib.
Muxalifet.az xəbər verir ki, qatar vağzalına toplaşan etirazçılar “Trampı dayandırın”, “Balaca əllərini hüquqlarımdan çək”, “İqlim dəyişiklikləri yalan deyil” kimi şüarlar səsləndiriblər.
Etirazlara qoşulan Fələstin tərəfdarları Tramp və ABŞ-ın Yaxın Şərq siyasətinin əleyhinə çıxışlar edib.
Qeyd edək ki, 11-12 iyulda Brüsseldə NATO zirvə görüşü baş tutacaq.