Bu qəzetlərə pul ayrıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Fondun 2016-cı ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat vermək üçün üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 34 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2015-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra "Zaman Azərbaycan" qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
"Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Şura üzvləri ətraflı tanışlıqdan sonra qəzetin təqdim etdiyi sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyini bildiriblər.
Müzakirələrin sonunda müsabiqəyə sənəd təqdim etmiş 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. "Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
2016-cı ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:
№ | Qəzetin Adı | Ayrılan məbləğ |
1. | "Kaspi” qəzeti | 60 000 |
2. | "Mövqe” qəzeti | 60 000 |
3. | "Yeni Azərbaycan” qəzeti | 60 000 |
4. | "Ədalət” qəzeti | 60 000 |
5. | "525-ci qəzet” qəzeti | 60 000 |
6. | "Səs” qəzeti | 60 000 |
7. | "Bakı-Xəbər” qəzeti | 60 000 |
8. | "Yeni Müsavat” qəzeti | 60 000 |
9. | "Kaspiy" | 60 000 |
10. | "Ekspress” qəzeti | 60 000 |
11. | "Palitra” qəzeti | 60 000 |
12. | "Paralel” qəzeti | 40 000 |
13. | "Həftə İçi” qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan” qəzeti | 40 000 |
15. | "Şərq” qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi” qəzeti | 40 000 |
17. | "Futbol+Qol” qəzeti | 40 000 |
18. | "Bizim Yol” qəzeti | 40 000 |
19. | "Olaylar” qəzeti | 40 000 |
20. | "Novoye Vremya” qəzeti | 30 000 |
21. | "Futbol+” qəzeti | 30 000 |
22. | "Üç Nöqtə” qəzeti | 30 000 |
23. | "Azernews” qəzeti | 30 000 |
24. | "Unikal” qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyası”qəzeti | 20 000 |
26. | "Oxu Məni” qəzeti | 20 000 |
27. | "Reytinq” qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri” qəzeti | 9 000 |
29. | "The Business Times” qəzeti | 9 000 |
30. | "Hərbi And” qəzeti | 9 000 |
31. | "Türküstan” qəzeti | 9 000 |
32. | "İqtisadiyyat” qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9 000 |
CƏMİ | 33 Redaksiya | 1.223.000 |
(strateq.az)