​Burak Yılmaz uzun müddətə sıradan çıxdı

Baxış sayı:
4270

Türkiyə millisinin və "Trabzonspor" klubunun futbolçusu Burak Yılmaz uzun müddətə sıradan çıxıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında zədələnib.
Əzələsi yırtılan oyunçunun əməliyyat olunacağı müəyyənləşib. Bu zədə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin əsas heyət üzvünə çevrilmə şanslarını artırıb. Avstriya "Mattersburq"u ilə anlaşa bilməyən 22 yaşlı hücumçu hazırda müqavilə üzrə məxsus olduğu "Trabzonspor"un Sloveniya toplanışındadır.
Qeyd edək ki, Burak Yılmaz 2017-ci ildən "Trabzonspor"da çıxış edir.