​Cəbhədə təxribat: idarə işçiləri atəşə tutuldu

Baxış sayı:
3502

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.
APA-nın xəbərinə görə, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar.
Onlar dərhal əraizdən uzaqlaşa biliblər.
Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.