Cəbhədən acı xəbər: Şəhidimiz var
21-09-2019 18:39
Baxış sayı:
10849

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub. Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!