Daşkəsənin başçısı 190 min dollarlıq avtomobilindən imtina etdi - YERLİ İSTEHSALA ÜSTÜNLÜK VERDİ....
13-05-2020 15:53
Baxış sayı:
1843

Azərbaycanda antikorrupsiya kampaniyası başlayandan, icra hakimiyyəti başçılarının və Mədəniyyət Nazirliyinin rəhbər vəzifəli şəxslərinin həbslərindən sonra ölkə rəsmiləri lüks və oliqarxik həyat tərzinə bağlılıqdan imtina etməyə başlayıblar.
Bir gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Əhəd Abıyev bahalı maşından imtina edib. Bu barədə xəbər sosial şəbəkələrdə və yerli mediada yayılıb.
Məlumata görə, başçı Naxçıvan Muxtar Respublikasında istehsal olunan “NAZ Lifan” avtomobildə gəzməyə üstünlük verib.
Yerli sakinlərin dediyinə görə, buna qədər Əhəd Abıyev qiyməti təxminən 190 min ABŞ dolları olan “Lexus LX 570” markalı bahalı avtomobildən istifadə edib./virtualaz.org