Dəhşətli yanğında: Bir ailənin 5 üzvü yanaraq öldü
18-07-2018 12:16
Baxış sayı:
9811

Rusiyanın İrkutsk vilayətində yaşayış evi yanıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat yayıb.
Xəbərə əsasən, bir mərtəbəli 2 otaqlı evin yanması nəticəsində 5 nəfər ölüb. Ölənlərin arasında bir nəfər uşağın da olduğu bildirilir. Ölənlərin hamısı bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.