Dünya çempionatında iki ölkə ilk dəfə üz-üzə gələcək
23-06-2018 19:44
Baxış sayı:
5365

Futbol üzrə dünya çempionatı davam edir.
Muxalifet.az xəbər verir ki, sabah G qrupunda yer alan iki komanda üz-üzə gələcək. Bu, İngiltərə və Panama komandalarının tarixdə ilk oyunudur.
İki ölkənin milli yığması daha əvvəl heç vaxt qarşılaşmayıb. İngiltərə-Panama oyunu sabah Nijni Novqorod şəhərindəki stadionda Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Qeyd edək ki, Belçikaya məğlub olan Panamanın sıfır xalı var.