“Dünya Kuboku matçından əvvəl ATAMI QAÇIRDILAR”
3-07-2018 17:18
Baxış sayı:
3877

Nigeriya Milli Komandasının kapitanı Con Obi Mikel, Argentina matçından əvvəl atasının fidyə üçün qaçırıldığını açıqlayıb.
Atasını silahlı şəxslərin qaçırdığını söyləyən Mikel, "Atam quldurların əlindəykən oyuna çıxdım. Matç başlamazdan 4 saat əvvəl vəziyyəti mənə xəbər verdilər. Matça çıxıb çıxmayacağıma qərar verməyim lazım idi. Əgər oynamasam, 180 milyon nəfəri üz üstü buraxacaqdım. Ölkəmi düşündüm və oyuna çıxdım. Beynimdən bu fikirləri atıb, ölkəmi təmsil etdim" deyib.
Pa Maykl Obinin azad edilməsi əməliyyatı zamanı polislə cinayətkarlar arasında silahlı qarşıdurma baş verdiyi bildirilib.
Obi Mikelin atası 2011-ci ildə də Çelsi - Stoke City matçından əvvəl də qaçırılmış və 10 gün sonra azad edilmişdi.
Müxalifət.az