Dünyaya səsləndilər: TƏK ÇÖZÜM TÜRKİYƏDİR

Baxış sayı:
2806

Əsəd rejimi və müttəfiqlərinin hücum hazırlığında olduğu İdlibdə gərgin intizar sürür. İdlib Rayon Məclisinin sədri Ghassan Hamo, etdiyi açıqlamada, "4 milyona yaxın vətəndaşın yaşadığı şəhərdə qansız yeganə həll Türkiyənin təklif etdiyi formulun tətbiq edilməsidir" - deyib. Türkiyəsiz girişilən hər bir təşəbbüsün regionda yeni fəlakətlərin hərəkətvericisi olacağı xəbərdarlığı edən Hamo, "Belə bir vəziyyətdə hər kəs uduzacaq, Türkiyə İdlib üçün sülh və sabitliyin yeganə açarıdır" deyib. Suriyalı müxalif qrupların nəzarətində qalan son qala olan İdlibə hücum olduğu təqdirdə 1,5 milyon insanın qaçqın vəziyyətinə düşəcəyini qeyd edən Hamo, bu məlumatları verib:
 
HAMAYA KİMYƏVİ SİLAH APARDILAR
 
"Əsəd rejimi və Rusiyanın Hələb, Quda, Xüms və Derada etdikləri ortadadır. Təslim olan vətəndaşlara və silahlı şəxslərə nələr etdiklərini bilirik. Rusiya, İran və Əsədə heç bir şəkildə güvənmirik. İdlib xalqı Türkiyənin içərisində iştirak etmədiyi heç bir həll yolunu qəbul etməyəcək. Uşaqlarımıza bir xəyanət lövhəsi qoymaq istəmirik. Əsəd rəhbərliyi İdlibin Xan Şeyxin mahalını kimyəvi bombayla vurdu. Quda və Dumada da iki dəfə kimyəvi silahdan istifadə etdi. Rejimin müstəqil beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən 70-dən çox kimyəvi məzmunlu bombardmanı mövcuddur. Hazırda Hama-Morek bölgəsinə kimyəvi kapsullar sövq etdiklərini bilirik. Rusiyanın hava hücumlarından başqa, güvəndikləri heç bir şey yoxdur. Quruda irəliləmək üçün bundan əvvəl davamlı kimyəvi bomba variantına əl atdılar. Əsəd, eyni yolu yenə sınağa çəkəcək".
 
ASO-nu BOĞMAQ PLANI
 
"Bəşşar Əsədin xarici işlər naziri Vəlid Müəllim ötən həftə Lazkiyəyə gəldi. Orada kameralar qarşısında "İdlibdən sonra hədəfimiz Hataydır” - dedi. Xama bölgəsində 3 mindən çox PKK-lı, İdlibə hücum üçün əmr gözləyir. Hədəfləri Afrini mühasirəyə almaq və yenidən Cerablus-Afrin xəttini birləşdirməkdir. Yenə başda Mihrac Ural olmaqla, Türkiyədən gələn fərqli sol qruplara mənsub 300-dən çox terrorçu, Xama cəbhəsində yerləşdi. Bunu çox dəqiq deyə bilərəm ki, İdlib məsələsi İdlibdən ibarət deyil. Terrorla mübarizə adı altında aparılan kampaniyanın əsas məqsədi İdlibdə Azad Suriya Ordusunu (ASO) tamamilə boğmaqdır. Halbuki İdlibin əsas onurğası ASO qüvvələridir. Suriyalının qəlbində Türk əsgəri xilaskar qəhrəman və Ərdoğan da məzlumların ümidi olaraq yaşamağa davam edəcək”.
Müxalifət.az