Düşmən Qarabağın bu kəndindən Amerikaya şərab satır- 10 dollara... - FOTO

Baxış sayı:
17590

“İldə 24 min şüşə çaxır buraxırıq. Satışımızda problem yoxdur...”
Azərbaycanın işğal altındakı Xocavənd rayonunun “Şexer” adlandırılmış Şəkər kəndində istehsal olunan çaxır əsasən ABŞ-a satılır.
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı  məlumata görə, bunu işğal altındakı Hadrut qəsəbəsində keçirilmiş “6-cı şərab festivalı”nda  bəhs edilən  kənddəki şərab zavodunun nümayəndəsi Karen Bağdasaryan söyləyib. Erməni şərabçının sözlərinə
görə, zavod bir ildə Azərbaycan torpağının halal meyvələrindən 24 min şüşə haram içki - qırmızı, ağ  şərab istehsal edir. “Məhsulumuzun satışında problem yoxdur. Qiymətlər 5 min dram(təxm. 10 dollar və ya 18 AZN) civarındadır”- deyə K.Bağdasaryan bildirib.
P.S. Özünüz hesablayın ki, ermənilər yalnız bir kəndimizdə təkcə şərabdan nə qədər gəlir əldə edirlər...