Ermənilər tərəfindən öldürüldüyü deyilən Cəlil 30 il sonra sağ çıxdı - FOTOLAR

Baxış sayı:
12769

Ermənilər tərəfindən öldürüldüyü bilinən azərbaycanlı gəncin 30 ildən sonra həyatda olduğu ortaya çıxıb. BiG.AZ xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Cəlillə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Belə ki, Dağıstanda yaşayan və anasının yası üçün Azərbaycana gələn Cəlilin ermənilər tərəfindən partladılan qatarda öldüyü bildirilirdi. Lakin verilişdə aparılan axtarışlar zamanı Cəlilin ölmədiyi ortaya çıxıb. Aparıcı bildirib ki, Cəlil həqiqətən ermənilər tərəfindən partladılan qatarda olub. O, törədilən terror zamanı ağır yaralanıb. Bu barədə Cəlilin həyat yoldaşı ailə üzvlərinə məlumat versə də heç kim xəstəxanaya onun yanına gəlməyib. Qeyd edək ki, İradə adlı qadın "Səni axtarıram" verilişinə müraciət edərək qardaşının öldüyünə inanmadığını, onun sağ olması ilə bağlı yuxu gördüyünü bildirmişdi.