Ermənistanda dövlət binasının fasadı uçdu: 1 ölü - Foto

Baxış sayı:
4276

İrəvanda Ermənistan Ədliyyə Nazirliyinin Təcrübə Mərkəzi dövlət təşkilatının binasının fasadı uçub.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
Ölən və yaralananların hər ikisinin idarənin əməkdaşları olduğu bildirilib.
Yaralı baş-beyin travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.