Ermənistanda partlayış – ŞƏHƏR İŞIQSIZ QALDI
15-07-2018 01:13
Baxış sayı:
2248

Ermənistanda Vanadzor şəhərinin "Taronner" adlı ərazisində güclü partlayış qeydə alınıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, partlayış "Taron-2" rayonu ilə qonşuluqda, dağlıq ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyində baş verib.
Hazırda həmin ərazidə işıqlar sönüb. İlkin ehtimala görə, işıq dirəyində qısaqapanma baş verib. Sakinlərin sözlərinə görə, belə hadisələr hər dəfə yağışlar yağanda baş verir.