Facebook istifadəçilərinə xoş xəbər – Şəxsi məlumatlarla bağlı…

Baxış sayı:
3106

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şəxsi məlumatların ələ keçirilməsi ittihamı ilə Facebook-a qarşı araşdırmaya başlayıb.

Muxalifət.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, SEC mərkəzi Londonda yerləşən “Cambridge Analytica” adlı məlumat şirkətinin 87 milyon Facebook istifadəçisinin hesablarından icazəsiz ələ keçirdiyi şəxsi məlumatları İngiltərə və ABŞ-da keçirilmiş seçkilərə müdaxilə məqsədilə istifadə etdiyini açıqlayıb.
SEC bu çərçivədə Facebook-un şəxsi məlumatların təhlükəsizliyini hansı formada təşkil etdiyini araşdıracaq. Bu barədə sosial şəbəkə istifadəçilərinə nə qədər xəbərdarlıq edilib-edilmədiyi də qurumun araşdıracağı mövzu olacaq.
Araşdırma daxilində Facebook yetkililəri dindiriləcək.
Qeyd edək ki, hazırda şəxsi məlumatların ələ keçirilməsi ilə bağlı ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komitəsinin Facebook-a qarşı araşdırmaları davam edir.