Faiq Ağayev qəzaya düşdü - VİDEO
28-09-2019 10:35
Baxış sayı:
5713

Nərimanov rayonunda 2 avtomobil toqquşub. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib. Belə ki, Təbriz küçəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq sağa dönmə əməliyyatı edib. Bu zaman əks yolda hərəkətdə olan və Faiq Ağayevin idarə etdiyi "Nissan" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qeyd edək ki, Faiq Ağayev tanınmış prodüserdir. Faktla bağlı araşdırma aparılır.