FETÖ-çular ən çox hansı ölkəyə üz tutur?
14-07-2018 21:33
Baxış sayı:
1546

Dünyada FETÖ-çuları ən çox qəbul edən ölkə ABŞ-dır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa söyləyib.
“Çevrilişə cəhd etməyə çalışan bir terror təşkilatıdır. İki il davam edən istintaq nəticəsində Türkiyə bu cəhdin mahiyyətini daha yaxşı dərk edib. Türkiyənin tələbi ilə 16 ölkədə fəaliyyət göstərən FETÖ məktəbləri və qurumları fəaliyyətini dayandırıb.
Ölkə xaricinə qaçan FETÖ üzvləri ən çox ABŞ, Almaniya və Yunanıstana üz tutub”.
Qeyd edək ki, 2016-cı ilin 15 iyulunda Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ terror təşkilatı Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərib.