FHN Şəmkirdəki meşə yanğını ilə bağlı məlumat yaydı
11-07-2018 21:24
Baxış sayı:
4750

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Yanğın nazirliyin DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.