Fransız ifrat sağçı Le Penden NATO-ya Rusiya çağırışı

Baxış sayı:
2935

Fransada radikal sağçı Milli Cəbhə (FN) partiyasının lideri Marina Le Pen, Rusiyanın NATO-ya dəvət edilməsi və İttifaqın terrorla mübarizə ilə məşğul olmalı olduğunu bildirib.
 
Milli Cəbhə lideri Le Pen, Twitter hesabından verdiyi bəyanatda "NATO, Sovet İttifaqının dağılmasından bəri nəyə xidmət edir? Bu gerçək buir sualdır. İttifaqa radikal İslam və terrorizmlə mübarizə kimi yeni bir vəzifə verə bilərikmi" deyə, qeyd edib.
Le Pen, bu vəzifə çərçivəsində Rusiyanın da İttifaqa daxil edilməsini əlavə edib.
Qeyd edək ki, Brüsseldə bu gün iki gün davam edəcək NATO sammiti başlayacaq.
Müxalifət.az