Fətullah Gülənin Türkiyəyə verilməsi üçün Ankarada ilk görüş

Baxış sayı:
2470

FETÖ-nun başı Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası ilə bağlı kritik görüşlərdən ilki bu gün Ankarada keçiriləcək. ANKARA YALAN İSTƏMİR Hər iki ölkənin Ədliyyə, Daxili İşlər, Xarici İşlər və kəşfiyyat rəsmilərinin iştirak edəcəyi bugünkü toplantıdan sonra bir açıqlama olacağı bildirilib. Xarici işlər naziri Mövlud Çavuşoğlu, bu toplantının keçmişdə aparılan bəzi görüşlərdən fərqli olacağını işarə edərək, "Verdiyimiz dəlillər və FETÖ-nun ekstradisiyası üçün sənədlər rəsmi şəkildə masaya qoyulacaq. Artıq Münbiçdə olduğu kimi, bu məsələlərdə də baş qatma dövrü bitəcək. ABŞ ilə münasibətlərin normallaşması və FETÖ başı Gülənin qaytarılması yeni dövrdə də prioritet mövzulardan biri olacaq" mesajını vermişdi. Ankara, yeni göndərilən dəlillərlə Gülənin Türkiyəyə ekstradisiyası üçün hər hansı bir maneənin olmadığı fikirindədir. Ankaranın bundan başqa, may ayında 32 ay həbs cəzasına məhkum edilən keçmiş “Halkbank”ın baş direktorunun müavini Hakan Atila işini də gündəmə gətirməsi gözlənilir. Ankaranın bu tələblərinə qarşılıq ABŞ texniki heyətinin də İzmirdə məhbus olan və casusluqda ittiham olunan Amerikalı keşiş Brunson məsələsini gündəmə gətirəcəyi deyilir. Müxalifət.az