Gimnastlarımız Dünya kubokunda birinci oldu
8-07-2018 19:54
Baxış sayı:
1768

Azərbaycan gimnastları İlya Qrişunin və Ruslan Ağamirov Dünya Kuboku mərhələsində batut üzərində sinxron tullanmaq yarışında birinci olublar.
Muxalifet.az-ın məlumata görə, yarış İsveçrənin Aroza şəhərində keçirilir.
Yarışda ikinci yeri Ukraynadan olan cütlük Dmitri Sobakar və Anton Davıdenko, üçüncü yeri isə bolqar gimnastlar Mariann Mixalyev və İvelin Yordanov tutublar.