​Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Baxış sayı:
3745

Goranboy rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisədə 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vusal Çingiz oğlu Bayramov Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilblər. 
Ölən şəxsin qadın olduğu və hazırda şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilir. 

*** 16:14
Goranboy rayonunda ağır avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınmış qəzada ölən və yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.