”Görəsən Azərbaycanın döyüşə başlaması üçün nə qədər səbri qalıb?” - Rusiyadan AÇIQLAMA

Moskvanın siyasi və hərbi analiz mərkəzinin direktor müavini Aleksandr Xramçixin bildirib ki, Azərbaycan ordusu havada da Ermənistan ordusundan üstündür.
Muxalifet.az xəbər verir ki, Xramçixin müsahibəsində maraqlı məqamlara toxunub: “Hazırda hava məkanında üstünlük Azərbaycanın tərəfindədir.
Ermənistanın isə bunu dəyişməyə gücü yoxdur. Azərbaycan hava məkanında tam üstünlüyə sahibdir”.
Ekspert qeyd edib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına təsir edir.
Amma Xramçixin qeyd edib ki, tərəflər arasında 20 ildən çoxdur ki, vəziyyət dəyişilməz qalıb. Bu isə müharibə mənasına gəlir. Azərbaycan 2016-cı ilin aprel ayında, bu ilin may ayında da ermənilərə dərs verdi.
“Status-kvonun dəyişilməz qalması Azərbaycana sərf etmir. Azərbaycanın nə qədər səbri qaldığını isə rəsmi Bakıdan soruşmaq lazımdır. Görünən odur ki, Azərbaycan ciddi savaşa hazırlaşır”, - deyə ekspert qeyd edib.