Göyçay rəhbərliyi prezidentin sərəncamına “düzəliş etdi” – SAKİNLƏR RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR / FOTOLAR

Baxış sayı:
2341

Göyçay rayonu, Çərəkə kənd sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayətimizdə yazıb bildirirk ki, Göyçay rayonunda bir qrup vəzifəli şəxs əlbir olub, öz səlahiyyətlərindən sui-istifadə edirlər. Onların qanunsuzluqla məşğul olması nəticəsində isə çoxlu sayda vətənda əziyyət çəkir.
İlk olaraq Prezident cənab İlham Əliyevə minnətdarlığmızı bildiririk ki, Çərəkə kəndinin asfalt örtüyünün tikintisi üçün dövlət büdcəsindən pul ayrılmasına dair 25 dekabr 2023-cü il tarixdə sərəncam imzaladı. Ancaq çox təəssüf olsun ki, Göyçayda bir qrup vəzifəli şəxs Çərəkə kəndinə çəkiləcək asfalt yolun layihəsini öz maraqlarına uyğun olaraq dəyişərək, qanusnuzluğa yol veriblər.
Çərəkə kəndinə çəkiləcək yolun ilkin layihəsində əsas (ana yol) yol kimi bu ərizəni imza edən vətəndaşların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsa da, sonradan vəzifəli şəxslər saxtakarlıq edib, lahiyəni dəyişib işlək olmayan ara yola asfalt çəkilməsinə dair ikinci lahiyəni həyata keçirmək istəyirlər. Vəzifəli şəxslər bu qanunsuzluğu ona görə ediblər ki, 1-ci lahiyədə göstərilən əsas yolun üzərində 2 körpü var. Həmin körpülərin tikintisi həyata keçiriləcəyi təqdirdə onlara pul qalmayacaq. Buna görə, lahiyəni qanunsuz olaraq dəyişdiriblər. Hansı ki, 1-ci lahiyədə nəzərdə tutulan yolun üzərində kəndin 3 qəbristanlığı, 1 məktəbi, 1 məscidi var. Həmçinin, avtobus marşrutu bu yoldan keçir. Sakinlər həmin yoldan daima çox istifadə edirlər.
Qanuni layihədə göstərilən əsas yolun keçdiyi ərazidə çoxlu sayda evlər var, kəndin əsas marşrut avtobusları, avtomobilləri, eləcə də qonşu Çərəcə kənd sakinləri həmin yoldan istifadə edirlər. Əsas yolun tikintisi üçün tərtib edilmiş ilkin lahiyəni ləğv edib, az sayda sakinin istifadə etdiyi ara küçənin yolunun tikintisinə dair lahiyə hazırlanması vəzifə cinayəti hesab olunur ki, bunu Göyçayda vəzifəli şəxslər əlbir olaraq ediblər. Qanunsuz hazırlanmış 2-ci lahiyədə nəzərdə tutulan küçənin yolunun tikintisi bələdiyyə büdcəsi vəsaiti hesabına təmir edilməlidr.
Biz Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin qəbulunda olub, bu barədə şikayətimizi ona çatdırsaq da, heç bir tədbir görmədi. Bundan sonra bizə məlum oldu ki, bu qanunsuzluqdan Natiq Ağayevin bilavasitə məlumatı var. Hətta biz sakinlər belə bir təkliflə çıxış etdik ki, 1-ci lahiyə həyata keçiriləndə çıxarılan asfalt qalıqları 2-ci lahiyə olan küçəyə tökülərək, yol təmir edilsin.
Biz Çərəkə kənd sakinləri prezidentin uğurlu siyasətini bəyənirik və həmişə dəstəkləyirik. Ancaq yerlərdə bəzi neqativ ünsürlər yarıtmaz korrupsiya əməlləri ilə prezidentin mütərəqqi fəaliyyətinin üzərinə kölgə salmağa çalışırlar. Çərəkə kəndinin əsas yolunun tikintisi üçün pul ayrılmasına dair sərəncamdan sonra biz sakinlərə bildirildi ki, layihəyə əsasən sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək, çünki əsas yol kimi bura nəzərdə tutulub. Ancaq sonradan nə baş verdisə, həmin lahiyəni qanunsuz olaraq ləğv edib, öz “arşınaları”na uyğun qanunsuz lahiyə tərtib etdilər.
Göyçayda məlum vəzifəli şəxslər Prezident cənab İlham Əliyevin sərəncamı ilə Çərəkə kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinə əngəl yaradıblar. Bu isə korrupsiya əməlidir ki, araşdırılmasına zərurət var.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik, şikayət ərizəmiz bizim iştirakımızla yerində araşdırılmasına, qanunsuzluğa yol verib dövlət vəsaitini təyinatı üzrə xərcləmədən, yol tikintisində qanunsuzluğa, saxtakarlğa yol vermiş vəzifəli şəxslərin barəsində qanuni tədbirlər görülməsinə və bizim yaşadığımız əsas yolun asfalt örtüyü ilə təmin edilməsinə tapşırıq verəsiniz”.
Qeyd edək ki, məktbua Göyçay rayonu, Çərəkə kənd sakinləri - Mirzəyev Qadir Sabir oglu (Şəhid Siyavuş Mirzəyevin qardaşı), Kərimov Agasəf Abduləli oglu, Rəhimov Rəşid Allahverdi oglu, Rəhimov Rasif Mürşüd oglu, Mirzəyev Rasim Sabir oglu, Rəhimov Təvəkgül Rəşid oglu, Abdullayev Şöhrət Fikirət oglu, Mirzəyev Kamil Qadir oglu, İsmayilov Sənan Nazim oglu, İsmayilov Nihat Şahin oglu, Nəbiyev Fuad ismayıl oglu və digərləri imza atıblar.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.