Göygöldə avtomobil qəzası - xəsarət alanlar var
16-07-2018 09:17
Baxış sayı:
3472

Göygöl şəhərində 2 avtomobilin toqquşması 2 nəfərin xəsarəti ilə nəticələnib.
Muxalifet.az Qərb bürosunun məlumatına görə, səhər saatlarında "VAZ-2106" markalı avtomobillə "VAZ-21099" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, Ruslan Mehdiyev və Teymur Musayev xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin normal olduğu bildirilir.
Qəzanın baş vermə səbəbləri isə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən araşdırılır.