​Güclü külək Xırdalanda bir sıra fəsadlar törətdi

Baxış sayı:
2198

Güclü külək Xırdalan şəhər 28-ci məhəllədə yerləşən 26 saylı binanın dam örtüyünü uçurub.
 
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, külək həmçinin bəzi ərazilərdə ticarət köşklərinin də dam örtüklərini uçurub.
 
Bununla yanaşı, bir sıra yerlərdə ağacların da budaqları küləyin təsirindən qırılıb. Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.