“Gülən həmin gecə Türkiyəni ABŞ-a satmaq istəyirdi” – PUTİNİN ADAMINDAN ŞOK İDDİA

Baxış sayı:
10825

Duqin: “Mən çevriliş cəhdi ilə bağlı Türkiyəyə xəbərdarlıq eləmişdim”
 
Rus akademik Aleksandr Duqin, 15 iyul hadisələrinə bənzər, CIA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) dəstəklədiyi bir çevriliş cəhdinin Moskvada baş verəcəyi təqdirdə Putinin də Ərdoğan kimi davranacağını söyləyib. Hurriyyet.org xəbər verir ki, o deyib: “Putin də xalqı küçəyə çağırardı və Rusiya xalqı da eyni şəkildə Putinə sahib çıxardı”.
Fətullahçı Terror Təşkilatının – FƏTÖ-nün çevriliş cəhdinin dəf edilməsinin ikinci ildönümü çərçivəsində Türkiyəyə gələn rus akademik professor A.Duqin Ankara-Moskva əlaqələrinin pozulması üçün FƏTÖ-nün bir çox əməllər törətdiyini bildirib: “Rusiya təyyarəsinin vurulması və rus səfiri Karlova sui-qəsd təşkil edilməsi tamamilə iki ölkə arasındakı münasibətləri pozmaq üçün edildi. Mən o dövrdə baş verənlərin günahkarının Ərdoğan olmadığını Putinə və digər Rusiya səlahiyyətlilərinə bildirdim və ikitərəfli münasibətlərin düzəlməsi üçün böyük səy göstərdim. Nəticədə Moskva-Ankara münasibətləri xilas oldu”.
Duqin PKK terror təşkilatının da 15 iyul hadisələrindən xəbərdar olduğunu bildirib: “O gün PKK-nın uzantıları İraq və Suriyada çevrilişin baş tutmasını hazır şəkildə gözləyirdilər. Türkiyədəki qruplar Şimali İraq ilə birləşərək qısa müddət ərzində müstəqil dövlət qurmaq üçün çalışacaqdılar. Çevriliş baş tutsaydı Türkiyədə hökmən daxili müharibə baş verəcəkdi. Türkiyə də Liviya və Suriyanın vəziyyətinə düşəcəkdi. PKK çevrilişi təşkil edən qrupla birlikdə hələ də fəal əməkdaşlıq edir”.
 
Güləni CIA qoruyur
 
FETÖ-nun başçısı Fətullah Gülənin CIA tərəfindən dəstəkləndiyini və qorunduğunu bildirən Duqin deyib: “Gülən həmin gecə ölkəni ABŞ-a satmaq istəyirdi. Lakin qəhrəman türk xalqı buna imkan vermədi. Eyni cəhd Rusiyada olsa, Putin də xalqı küçəyə çağırardı və Rusiya xalqı da eyni şəkildə Putinə sahib çıxardı”.
15 iyul gecəsi Ankarada olan Duqin çevriliş cəhdindəki məqsədlərindən birinin Ərdoğan-Putin dostluğunun bitirilməsi olduğunu deyib.
 
Biz döyüşdük, onlar qazandılar

 
“Atlantikaçıların (Qərbçi) yeni bir həmlə etməsi lazım idi. Baş verən hadisələrin hamısı Ərdoğan-Putin dostluğunu məhv eləməyə yönəlmişdi. Bu həmlənin adı da 15 iyul oldu. Çevriliş cəhdini FƏTÖ əməkdaşları həyata keçirdi. Mən çevriliş cəhdi məsələsi ilə bağlı türk xalqına əvvəlcədən xəbərdarlıq eləmişdim. Avqust və ya sentyabrın əvvəlləri olmasını gözləyirdim, amma onlar iyul ayında çevriliş cəhdi elədilər. Türkiyə Avrasiya yönümlü siyasət mənimsəməyə başladı. Keçmişdən dərs almalıyıq; əvvəllər həmişə bir-birimizlə döyüşdük, lakin daima Qərb qazandıq. Bizi bir-birimizə qarşı qaldırdılar. Biz məhv olduq. Torpaqlarımızın çoxunu itirdik. Bu oyunlara düşməyək, avrasiyaçılıq xəttinə yönələk və yeni bir gələcək inşa edək”.
Duqin ABŞ prezidenti Donald Trampn siyasətinə qarşı işarə edərək deyib: “FƏTÖ təlükəsi artıq keçib. Tramp başla olduğu müddətdə ABŞ-dan belə bir təhlükə gəlməyəcək. Tramp Ərdoğanı sevməsə də, qlobalçı deyil. Yəni, rejim dəyişikliyi ilə bağlı bir əməliyyata başlamaz. Lakin atlantikaçılar hələ buradadırlar və çalışırlar. Tramp hər şeyə nəzarət edə bilməz”.