​Gülən Pensilvaniyada 24 saat belə qorunur

Baxış sayı:
2167

FETÖ lideri Fətullah Gülənin Pensilvaniyada yaşadığı düşərgənin ətrafındakı təhlükəsizlik tədbirləri mətbuatın gündəminə çevrilib. Muxalifet.az xəbər verir ki, 24 saat video-müşahidə cihazları ilə izlənən düşərgəyə gələnlərə mühafizə əməkdaşlarının foto və ya video çəkməmələri barədə xəbərdarlıq etdiyi bildirilir. Girişində silahlı və dəmir zireh geyinmiş amerikalı özəl mühafizə əməkdaşlarının keşik çəkdiyi düşərgəyə nəqliyyat vasitələri ətraflı yoxlamadan keçdikdən sonra buraxılır. Türkiyədən bölgəyə ezam olunmuş “Anadolu” agentliyinin əməkdaşlarının düşərgə yaxınlığında foto çəkməsinin qarşısı alınıb. Belə ki, mühafizə əməkdaşları türk jurnalistlərə yaxınlaşaraq onlara xəbərdarlıq ediblər. Jurnalistlər vəsiqələrini göstərmələrinə baxmayaraq, mühafizə əməkdaşları onlardan yolun qarşı tərəfinə keçmələrini tələb ediblər. Hadisə baş verən zaman düşərgəyə gələn FETÖ üzvlərinin mobil telefonlarını və elektron cihazlarını mühafizə əməkdaşlarına təhvil verdikdən sonra içəri daxil olduğu müşahidə olunub. FETÖ üzvləri içəri daxil olarkən türk jurnalistlərdən üzlərini gizləməyə çalışıb.