Gürcüstan Marsı şərabı ilə “fəth edəcək”
22-06-2018 20:22
Baxış sayı:
5260

Gürcüstan “Qırmızı planeti” milli şərabı ilə fəth etmək niyyətindədir.
Muxalifet.az “Ren TV”yə istinadən xəbər verir ki, bir qrup alim və ekspertlər Marsın mənimsənilməsi üzrə layihəyə qoşulub.
Tbilisi Qırmızı planetin kolonizasiyasına öz töhfəsini özünəməxsus şəkildə verməyi planlaşdırır. Gürcülər Marsda üzüm tənəkləri yetişdirəcək.
Artıq xüsusi şaquli istixana hazırlanıb. Onun sınaqları bu ilin sentyabr ayından etibarən aparılacaq.
Marsda xüsusi növ üzüm növü yetişdiriləcək. Müstəmləkəçilər planetdə üzüm tənəyi yetişdirməyə nail olsa bu təkcə kosmik fəzada böyük hadisəyə çevrilməyəcək, eyni zamanda 8 min il tarixi olan Gürcüstan üzümçülüyündə yeni səhifəni açmış olacaq.