Gürcüstan parlamentində qadın deputat kişi həmkarını vurdu - FOTO, VİDEO
26-09-2019 19:42
Baxış sayı:
6130

Gürcüstan parlamentinin Hüquq Komitəsinin iclasında konflikt yaşanıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, konflikt ucbatından komitənin iclası yarımçıq dayandırılıb.
İnsident Gürcüstan Ali Məhkəməsinin hakimliyinə namizədlərlə bağlı müzakirə zamanı yaşanıb. Nəticədə müstəqil qadın deputat Eka Beseliya Gürcü Arzusu Partiyasından olan deputat Vano Zardiaşviliyə zərbə endirib. Bundan sonra Beseliya deputat yoldaşının ünvanına təhqiramiz ifadələr də işlədib.