Gürcüstan prezidentinin yaralı kürəkəni İSTİNTİQLA ƏMƏKDAŞLIQDAN İMTİNA EDİB

Baxış sayı:
3571

Tbilisidəki dünən gecə yaralanan Mindia Gogoçuri istintaqla əməkdaşlıq etməyi rədd edir. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilib.
 
28 yaşındakı Gogoçuri, naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb. Hadisə, Saburtali rayonundakı Lermontava küçəsində, prezidentin kürəkənini evinin yaxınlığında baş verib.
Nəticədə, Gogochuri, bel, diz və topuk bölgəsində bir neçə silahlı yara alıb. Respublika Xəstəxanasının həkiminin verdiyi məlumata görə, olunan əməliyyatdan sonra Gogoçurinin həyatı təhlükəsi yoxdur.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Gogoçuri, baş verənlərin detallarını danışmaqdan imtina edir.
Qeyd edək ki, bir sıra oxşar hadisələr prezidentin kürəkənini adı ilə bağlıdır. Ötən ilin yanvar ayında Gogoçuri və dostu Mixail Tatryşviliyə Tbilisinin mərkəzində odlu silahla atəş açılmışdı. Bundan sonra Tatrişvili qanunsuz olaraq narkotik saxlamaqda ittiham olunmuşdu.
Müxalifət.az