Hansı ərazilərə su hələ də verilməyib? - AÇIQLAMA
4-07-2018 09:50
Baxış sayı:
6289

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.
Muxalifət.az xəbər verir ki, bunu Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda bütün su mənbələri tam gücü ilə çalışır. Artıq Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonları su ilə təmin olunub. Səbail rayonunda yalnız Badamdar ərazisinin su ilə təminatında problem var.
A.Cəbrayıllı qeyd edib ki, həmçinin Xəzər, Xətai, Sabunçu, Abşeron rayonlarında da suyun verilməsində sabitlik əldə olunub. Tam rejimdə suyun verilməsinə sabahdan başlanılacaq.