​HDP-li millət vəkilləri Hakkaridə öldürülən terrorçunun cənazəsinə yollandılar

Baxış sayı:
3937

Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədə HDP-nin Batmandan seçilmiş millət vəkilləri Feleknas Uca və Mehmet Rüştü Tiryaki, PKK terrorçusu “Simko Kerboran” kod adlı Devran Baysalın cənazə mərasimində iştirak ediblər. CHP-nin yardımı sayəsində 10 faiz həddini keçərək yenidən Məclisə vəsiqə qazanan HDP üzvləri Qəndilə xidmət eləməkdədirlər. Cənazə aparılarkən deputat Tiryaki tabutu çiyninə alanlara qoşulub.

Ötən günlərdə də şəhid Eren Bülbülün qatillərindən biri olan “Zeynal” kod adlı terrorçu Mehmet Yakışır əməliyyat nəticəsində öldürülmüş və adı qırmızı siyahıya düşmüş bu terrorçunun cənazə mərasimində iştirak edən, Diyarbəkirdən seçilmiş deputatlar - Musa Farisoğulları və Remziye Tosun barəsində cinayət işi başladılmışdı.
Batman prokurorluğu terrorçu Devran Baysalın cənazə mərasimində iştirak edən HDP millət vəkillləri Uca və Tiryaki barəsində “terror təşkilatını təbliğ eləmək” ittihamı ilə bağlı istintaqa başlayıb.