"Heç vaxt AXCP-nin üzvü olmamışam..." - ƏNNAĞI HACIBƏYLİ

Baxış sayı:
6660

Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP-dən istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, özünün Facebook səhifəsində yazdığı açıqlamasında bəzi KIV-lərin onun AXCP-dən  istefa verməsi haqda xəbər yaydığını qeyd edib:

“Heç vaxt heç bir partiyanın üzvü olmamışam və təbii ki, üzvü olmadığım partiyadan da istefa verə bilməzdim. Belə yanlış informasiyalardan müxalifətə, o sıradan AXCP-yə qarşı təbliğat vasitəsi kimi istifadə olunmasını pisləyirəm”.