Həkim Arzu Balabəyovaya 14 bıçaq zərbəsi vuran əri saxlanıldı - YENİLƏNİB

Baxış sayı:
6817

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Muxalifet.az xəbər verir ki bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Araşdırmalar davam etdirilir.

    ***

    Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.

    Hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

    Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

    Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.