Hələbin nəzarəti Türkiyəyə keçəcək – TÜRKİYƏ-RUSİYA ANLAŞMASI

Baxış sayı:
3565

Türkiyə və Rusiyanın, Əsəd rejiminin Hələbdən çəkiləcəyi və nəzarətin Türkiyəyə keçəcəyi bir formul üzərində çalışdığı iddia edilib. Razılaşma əldə olunarsa, Suriyanın ikinci böyük şəhəri Hələb, yenidən inşa ediləcək, Türkiyə və Avropada yaşayan 3 milyondan artıq qaçqın də evlərinə qayıdacaq.
 
İç savaş öncəsi 5,5 milyon insanın yaşadığı Hələb, rejimin intensiv hücumları və 2013-ci ildə müxaliflərin tamamilə çıxarılmasından sonra 75 faizi azad edilib. Bir zamanlar Yaxın Şərqin ən böyük sənaye şəhəri olan Hələb, Türkiyənin nəzarətinə buraxıldıqdan sonra yenidən inşa edilib, ayağa qaldırılacaq. Sonra Türkiyə və Avropada yaşayan 3 milyondan çox qaçqının geri dönmələri üçün TSQ-ASO ittifaqına təhvil veriləcək.
 
ANKARA-MOSKVA TƏMAS HALINDA
 
“Yeni Şəfəq” qəzetinin xəbərinə görə, Türk və Rus nümayəndə heyətləri arasında Hələbin gələcəyi ilə bağlı danışıqlar davam etdirilir. Suriya Müxalif İnqilabçı Qüvvələr Koalisiyasının (SMDK) üzvü Fuad Aliko, "Xama, Hələb və İdlibin Türkiyənin nüfuz dairəsinə buraxılması ilə bağlı siyasi və hərbi baxımdan böyük yol keçilib. Avropadan və Türkiyədən 3 milyondan çox vətəndaşın yeni Hələbə qayıdışı, rejim və Şiə milislərin bölgədən çıxması ilə başlayacaq" deyib. İdlibin Fua və Keferya qəsəbələrinin boşaldılmasından sonra Xama, Hələb və İdlibdən formalaşan "Sünni dəhliz” xəritəsinin aydınlaşdığını deyən Fuad Aliko, 2018-ci ilin ikinci yarısından etibarən şərqdə ABŞ-PKK, orta bölgədə Türkiyə-ASO, cənub və qərb bölgələrində isə Rus-Əsəd inzibati nüfuz sahələrinin yaranacağını qeyd edib. SMDK üzvü Aliko bu məlumatları verdi:
 
MASADA 3 AYRI REGİON
 
"Lazkiyə, Tartus, Xüms, Dəməşq və Deyrizor Əsəd-Rusiya-İran ittifaqının təsir sahəsinə girəcək. Fəratın şərqində Hasekə, Rakka, Deyrizor bölgələri ABD-PKK-ya təhvil veriləcək. Orta zonada isə Sünni kütlənin çoxluq təşkil etdiyi Xama, İdlib və Hələb bölgələri Türkiyənin nüfuz dairəsi olacaq. Bu istiqamətdə dövlətlərarası danışıqlar davam edir. Növbəti proses hərbi deyil, diplomatiya və siyasət sahəsində addımların atılacağı dövr olacaq. Türkiyənin də içində yer aldığı proses çox ölçülü, regional və qlobal aktorların də daxil olduğu bir çərçivədə gedir".
 
YENİ DÖVR BAŞLAYIR
 
"Əsəd-Rus ittifaqının nəzarət etdiyi bölgələrdə Şiə milislərin varlığı beynəlxalq bir problemdir. İdlibdə olan Cundül Aksa və Tahrir-üş Şam kimi müxalif təşkilatlar da yenə də oxşar bir problem olaraq mövcuddur Fəratın şərqində isə bir çox ölkənin terror siyahısında olan PKK ən əsas problemdir. Hələbin Türkiyəyə dövr edilməsi ilə yeni bir proses başlaya bilər. Suriyanın bütöv olaraq qalması və sabitlik prosesi baxımından bu vacib bir addım xarakteri daşıyır. Terrordan təmizlənilən və qanuni qüvvələrin sahədə formalaşan xəritəyə paralel olaraq təşəbbüs üzərinə götürdüyü yeni dövrün başlanğıcı, siyasi, hərbi, iqtisadi həll ümidlərini da artıracaq. Dəməşq, Xüms, Deradaki əməliyyatlar nüfuz sahələrinin aydınlaşması üçün ən qabarıq müdaxilələr olaraq görülməlidir".
 
REJİMİN GÜCÜ ÇATMAZ
 
"Hələb məsələsində Türkiyənin regionda təşəbbüs etməsi, şəhərin yenidən abadlığı, sənaye və ticarətin bərpa olunması və 3 milyondan çox Suriyalının ölkəsinə qayıdacaq olması Avropa və Ərəb ölkələri başda olmaqla, bir çox dövlət tərəfindən də dəstəklənir. Hələb, Xama və İdlibdə sənaye müəssisələri, evlər, şəhər infrastrukturu, elektrik, su kimi infrastruktur elementləri demək olar ki, tamamilə dağılıb. Dəməşq rəhbərliyinin bu dağıntını aradan qaldıracaq və Hələb başda olmaqla, İdlib və Hamanıayağa qaldıracaq imkanı yoxdur. Bu məsələdə beynəlxalq dəstəyin olması ehtimalı demək olar ki, yoxdur. Bu məsələ ancaq Türkiyə kimi güclü bir ölkənin zəmanəti və məsuliyyəti ilə həll edilə bilər. Rusiya, Dəməşq və İran da bu vəziyyətin fərqindədirlər".
Müxalifət.az