Husilərdən Səudiyyəyə ballistik – Zərbə
18-07-2018 18:15
Baxış sayı:
10318

Yəməndəki husilər Səudiyyə Ərəbistanının mülki vətəndaşların yaşadığı Nəcran şəhərinə ballistik raketlə hücum edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Koalisiya qüvvələrinə məxsus hava müdafiə sistemləri raketi havada ikən zərərsizləşdirib. Hücum zamanı heç bir itki olmayıb.
Hadisə ilə əlaqədar husilər hər hansı açıqlama verməyib.