"Həyata qayıtma şansı Allahın əlindədir" – Vurğun Əyyubun həkimindən AÇIQLAMA

Baxış sayı:
17146

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir.
Muxalifet.az xəbər verir ki, bu barədə sherg.az-a V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib. 
Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir: 
"Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər". 
A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır.  İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".