İkinci F-35 təyyarəsi də Türkiyəyə verildi, lakin ABŞ-da qaldı

Baxış sayı:
4966

Muxalifət.az xəbər verir ki, Türkiyənin ikinci F-35 hərbi təyyarəsi dünən Türkiyə Hava Qüvvələrinə təhvil verilib.

Türkiyənin dörd il əvvəl sifariş elədiyi və ayın əvvəlində ilk dəfə havaya qalxan, 18-0002 nömrəli ikinci F-35 təyyarəsinin rəsmi sənədləşməsi iyunun 22-də tamamlanıb və təyyarə THQ-yə təhvil verilib.

İkinci təyyarə də birincisi kimi Türkiyə Hava Qüvvələrinin pilotlarının təlimində istifadə edilmək üçün ABŞ-ın Arizona ştatındakı “Luk” hava bazasında bir il xidmət edəcək./Hurriyyet/