“İndipendet”: “Terror qurbanlarına ayrı-seçkilik qoyulur” - “TÜRKİYƏYƏ QARŞI EYNİ ŞƏKİLDƏ DAVRANMADINIZ”

İngiltərənin “İndependet” qəzeti Türkiyədə baş verən ardıcıl terror partlayışları və verilən qurbanlardan bəhs edən məqaləsində “Avropa səssizliyini qoruduqca, Türkiyədə qurbanların sayı artır”, - deyə bildirib.
Hurriyyet.az xəbər verir ki, qəzet həm də Brüsseldə baş verən hadisələrdən sonra Belçika bayrağı asaraq terroru lənətləyən ingilis hökumətini Ankaraya qarşı eyni həssaslığı göstərmədiyi üçün qınayıb.
Qəzet İngiltərənin Baş Nazirliyinin iqamətgahında Belçika bayrağının yarıya qədər endirilməsindən, Eyfel qülləsinin Belçika bayrağının rənglərinə boyanmasından bəhs edərkən “Niyə Ankaraya qarşı da eyni rəğbətli münasibət göstərilmədi?” deyə sual verib.
“Ötən həftə Ankarada 37 nəfərin öldüyü terror hadisəsi zamanı niyə “Doving Strit”də türk bayrağı asılmadı?” sualını verən “İndependent” Ankarada dalbadal baş verən partlayışları və verilən qurbanları xatırladaraq, “Avropa səssizliyini qoruduqca, Türkiyədə insan itkisi artır” deyə etirazını bildirib.