İngiltərənin PENALTİ KABUSU BİTDİ

Baxış sayı:
5965

2018 Dünya Kubokunun son 16-cı turunda əsas vaxt və uzatma dəqiqələri 1-1 heç-heçə bitən matçda İngiltərə, penaltilər nəticəsində Kolumbiyanı 5-4 (4-3 cərimələr) hesabı ilə məğlub edərək dörddə bir finalda İsveçin rəqibi oldu.
 
İngiltərənin qolunu 57-ci dəqiqədə penaltidən Harri Qana vurdu. Kolumbiyada isə 90+3-də meydana çıxan Yerry Mina hesabda bərabərliyi təmin edib və bununla da matçda oyunun taleyini uzatma dəqiqələri həll edib.
Uzatma dəqiqələrində də qol vurulmayınca oyunda penaltilərə gedildi.
İngiltərədən penaltiləri icra edən Qarri Qana, Rashford, Trippier və Dier penaltilərdə sərrast olaraq fürsəti qola çevirsələr də, Henderson penalty fürsətindən yararlana bilməyib.
Kolumbiyada isə Falcao, Cuadrado və Muriel penaltilərdə müvəffəq olsalar da, Uribe və Bacca isə azarkeşləri məyus edib.
Penaltilərdə İngiltərə, Kolumbiyaya 4-3 qalib gələrək dörddə bir finalda İsveçin rəqibi olub.
 
PENALTİLƏRLƏ İLK DƏFƏ
 
İngiltərə, 3 Dünya Kubokundan sonra ilk dəfə penaltilərdə qalib gəlməyi bacarıb.
1990 Dünya Kubokunda yarımfinalda Almaniya ilə qarşılaşan İngiltərə, 1-1 heç-heçə bitən matçdan sonra penaltilərdə 4-3 məğlub oldu. Portuqaliya ilə də 0-0 heç-heçəyə bitən matçda da İngiltərə penaltiərdə 3-1 məğlub oldu.
Müxalifət.az