​İran 8 İŞİD-çini edam etdi

Baxış sayı:
3640

İran hökuməti İŞİD terror təşkilatının 8 üzvünü edam edib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Tasnim” agentliyi yayıb. Agentlik edam edilən şəxslərin 2017-ci ildə Tehranda terakt törətməkdə ittiham olunduğunu bildirib.
Qeyd edək ki, 2017-ci ilin iyununda qadın paltarı geyinmiş 4 nəfər İran parlamentinin binasını atəşə tutub. Bundan sonra bir nəfər özünü partladıb. Bununla bərabər Xomeyninin mavzoleyi də atəşə tutulub və burada da bir nəfər özünü partladıb. Nəticədə 20 nəfər həlak olub.