İran prezidenti CASUSLUQDA İTTİHAM EDƏN KİTAB YAYIMLANDI

İranda prezident Həsən Ruhani əleyhinə maraqlı iddialarda olan bir kitab internet vasitəsilə dərc olunub.
İfrat mühafizəkar kimi tanınan Kamran Gəzənfər-i adlı tədqiqatçı yazar tərəfindən qələmə alınan "Bir baxışda Həsən Ruhani" adlı kitabın nəşrinə İrşad və Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib.
İnternet mühitində e-kitab şəklində çap olunan kitabda Ruhani, "Şah dövründəki kəşfiyyat təşkilatı SAVAK-la əməkdaşlıq etmək və İslam Dövlətini ortadan qaldırmağa yönəli ABŞ-a casusluqda ittiham olunur.
Kitabda Ruhaninin prezidentlik üçün lazımi səviyyəsinin olmadığı irəli sürülərək, məclisdən məsələnin araşdırılması istənilir.
Dövlətə məxsus İran qəzetinin mövzu ilə bağlı xəbərində kitabdakı iddialar "əsassız" olaraq səciyyələndirilib.
Müxalifət.az